Suriya Maliyyə Nazirliyinin rəhbəri dövlət qulluqçularının maaşlarını 400% artıracağını vəd edib...
Suriyanın müvəqqəti hökuməti fevral ayından başlayaraq dövlət sektorunda çalışan işçilərin maaşlarının 400% artırıldığını açıqlayıb.
Poliqon xəbər verir ki, bu barədə maliyyə naziri Məhəmməd Abazid Reuters Agentliyinə müsahibəsində bildirib. Nazir bunu vətəndaş qarşıdurmasından sonra iqtisadiyyatın sabitləşdirilməsinin zəruriliyi və xarici sanksiyaların təsiri ilə əlaqələndirib. Hazırda Suriyada 1,3 milyona yaxın məmur var.
Abazid qeyd edib ki, yanvar ayında təhsili, o cümlədən təcrübəsi və səriştəsi tələb olunan səviyyədə olan dövlət qulluqçularının maaşları artırılacaq. Nazirin sözlərinə görə, bu qərar büdcəyə 125 milyon dollara başa gələcək.
Qeyd edilir ki, Bəşər Əsədin prezidentliyi dövründə Suriyada dövlət qulluqçularının maaşları ayda təxminən 25 dollar olub. Dünya Bankının məlumatına görə, Suriya sakinlərinin təxminən 75%-i gündə 3,65 dollardan, 33%-i isə 2,15 dollardan az pulla dolanıb.
Poliqon.info