AZ

"Kral klubu" ona heyran qaldı

"Real" "Latsio"da çıxış edən Mario Xilanı yenidən heyətinə qatmaq istəyir.

"Football-plus.az" xəbər verir ki, "kral klubu"nun rəhbərliyi 24 yaşlı ispan müdafiəçinin A seriyasındakı çıxışına heyran qalıb. "Milan" da oyunçu ilə maraqlanır.

Xatırladaq ki, Xila cari mövsümdə Roma təmsilçisinin heyətində 19 oyun keçirib və 1 qol vurub. 2019-22-ci illər aralığında "Real"ın əvəzedici heyətində çıxış edən futbolçu 2022-də əsas komandanın heyətində 2 matça çıxıb.

Seçilən
37
football-plus.az

1Mənbələr