AZ

Yeni dollarlar PEYDA OLACAQ

ABŞ dolları tezliklə öz görünüşünü yeniləyəcək.

Publika.az-ın əldə etdiyi məlumata görə, yeni Amerika valyutasının dövriyyəyə buraxılmasının səbəbi saxtalaşdırma riskini azaltmaqdır.

Qeyd edilib ki, bu, bir neçə mərhələdə baş verəcək və proses 2026-cı ildə başlayacaq.

ABŞ Oyma və Çap Bürosunun açıqlamasında deyilir ki, ABŞ saxtalaşdırma riskini azaltmaq üçün əskinaslarının dizaynını dəyişmək niyyətindədir. Qeyd edilib ki, prosedur pul əmanətlərinin saxlanmasının etibarlılığını artırır. Amma əsas məsələ ABŞ iqtisadiyyatının sabitliyini təmin etməkdir.

Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) dollar yeniləmə cədvəli hazırlayır.

Beləliklə, yeni 10 dollarlıq əskinas 2026-cı ildə dövriyyəyə buraxılacaq.

Daha iki ildən sonra, 2028-ci ildə yeni 50 dollar çap olunacaq.

20 dollarlıq əskinas 2030-cu ildə çap olunacaq.

Seçilən
35
publika.az

1Mənbələr