AZ

Abxaziyada mətam elan edildi

Vətəninfo.az xəbər verir ki, Abxaziyada yanvarın 6-da fərdi evdə baş verən yanğın nəticəsində 5 uşağın ölümü ilə bağlı matəm elan edilib, ölkə prezidentinin mətbuat xidməti xəbər verir.

“Abxaziyanın Qali rayonunun Papanirxua kəndində baş vermiş yanğın nəticəsində 5 uşağın öldüyü faciə ilə əlaqədar prezident səlahiyyətlərini icra edən Badra Gyunbanın sərəncamına əsasən, yanvarın 6-sı ölkədə matəm günü elan edilib.  “, – mətbuat xidmətindən bildirilib.

Bütün dövlət qurumlarında dövlət bayraqları endiriləcək, mədəniyyət müəssisələrində, televiziya və radioda əyləncəli tədbirlər və verilişlər ləğv ediləcək.

Seçilən
44
veteninfo.az

1Mənbələr