AZ

Bunkerlər insanları nüvə müharibəsindən qoruya bilərmi?

Nüvə müharibəsi olarsa, bunkerlərdə gizlənən bütün insanlar eyni problemlə üzləşəcəklər...

Poliqon “Texkult” nəşrinə istinadən xəbər verir ki, “bunker qızdırması” tez bir zamanda Avropaya çatıb. Məsələn, nüvə müharibəsi zamanı dövlətin hər bir sakinə bomba sığınacağında yer təmin etdiyi İsveçrədə hökumət soyuq müharibə dövründə tikilmiş bunkerlərin saxlanması və yenidən qurulması üçün milyonlarla dollar ayırır.

Bununla belə, ekspertlərin fikrincə, nüvə müharibəsi baş verərsə, bunkerlərin “şanslı” sakinlərini ciddi problemlər gözləyir. Qarşılıqlı nüvə zərbələrindən sonra sağ qalanlar gec-tez yerin səthinə çıxmalı olacaqlar, burada onları dağıntılar, aclıq və ən pisi, ölümcül radiasiya səviyyəsi gözləyir.

“Bundan sonra nələrin baş verəcəyi iki kədərli misal sayəsində məlumdur Xirosima və Naqasakinin nüvə partlayışları və nəticələri bu gün də hiss olunan Çernobıl AES-də baş verən qəza bunker sakinlərinin nüvə müharibəsindən sonrakı taleyini açıq şəkildə ortaya qoyur”, deyə nəşr yazır.

Bir sözlə, bunkerlər nüvə bombasının nəticələrindən yalnız ilk günlərdə, hətta bundan sonra da yalnız onlara sığınmaq imkanı olanlar üçün sağ qalmağa imkan verir. Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın sözçüsü Alisiya Sanders-Zakrenin qeyd etdiyi kimi, nüvə müharibəsindən müdafiənin yeganə həlli nüvə silahlarının məhv edilməsidir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr