KXDR tərəfindən buraxılan raket Yaponiyanın Yapon dənizindəki eksklüziv iqtisadi zonasından kənara düşüb...
Poliqon xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Mənbə bildirib ki, indiyədək bu buraxılışdan Yaponiyaya dəyən zərər barədə məlumat yoxdur. Yapon nəzarətçiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.
Qeyd edək ki, KXDR-in raket buraxılışı bu il ilk idi. Pxenyan sonuncu dəfə 2023-cü il noyabrın 5-də raket buraxıb.
Poliqon.info