Vəzifədən gedən ABŞ prezidenti Co Baydenin ölkənin ən yüksək mülki mükafatlarından biri olan Azadlıq medalını milyarder və Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Sorosa və ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintona təltif etmək qərarı mükafata istehza cəhdidir...
Poliqon xəbər verir ki, bu barədə Fox News nəşrinin köşə yazarı Co Konça yazıb.
Müəllifin qeyd edib ki, Bayden onilliklərin ən qeyri-populyar dövlət başçısı kimi ayrılır və bu yolda o, bir vaxtlar xüsusi mükafatları “onun sözü qədər dəyərsiz hala gətirdiyi” nöqtəyə qədər dəyərsizləşdirib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın səlahiyyət müddəti başa çatan prezidenti Corc Sorosa, siyasətçi Hillari Klintona və daha 16 nəfərə azadlıq medalı təqdim edib.
Poliqon.info