Türkiyə kinosunun və musiqisinin unudulmaz siması Fərdi Tayfur yanvarın 2-də dünyasını dəyişib. Milyonlarla insanı kədərləndirən ölümündən sonra sənətçinin sərvəti maraq doğurub.
Hafta.az-ın yazdığına görə, bildirilir ki, 1981-ci ildə Marmarisdə film çəkən Fərdi Tayfur rayonun gözəlliyinə heyran olub və burada sərmayə qoymağa qərar verib. İlk olaraq İçmələrdə hovuzlu villa alan sənətçi illər keçdikcə sərmayələrini artırıb. Onun Marmarisdə bir yarımadaya və müxtəlif daşınmaz əmlaka sahib olduğu bildirilir.
Fərdi Tayfurun İstanbul və Adanada, eləcə də Marmarisdə mühüm daşınmaz əmlak investisiyaları var. İddialara görə, sənətçinin İstanbulun müxtəlif məhəllələrində 6 villası və 30 mənzili, Adanada isə 50 mənzili var.
Tayfurun tikinti sektorunda da investisiyalarının olduğu, lakin bu investisiyaların dəqiq bilinmədiyi deyilir. Məlumdur ki, təvazökar həyat tərzi keçirən sənətçi yaxtalar yerinə kiçik qayıqlara üstünlük verib və vaxtaşırı Marmaris körfəzlərində gəzintiyə çıxıb.
Fərdi Tayfurun ölümündən sonra onun mirasının necə paylanacağı maraqla gözlənilir.