AZ

Həkimlərdən ciddi xəbərdarlıq: "Pnevmoniya riski var"

Yazını böyüt
Yazını kiçilt

Rusiyada qripə yoluxma hallarının artdığı bir vaxtda “Rospotrebnadzor” rəsmiləri ölkədə geniş yayılmış H1N1 (donuz qripi) növünün ciddi fəsadlara, xüsusilə də pnevmoniyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. “Rospotrebnadzor” xəstəliyin sürətlə irəlilədiyini və bir gün ərzində ağırlaşa biləcəyini və ölümcül nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, tanınmış immunoloq və yoluxucu xəstəliklər üzrə mütəxəssis Vladislav Jemçuqov bildirib ki, H1N1-in keçmiş təsirləri hələ də yaddaşlardadır. Jemçuqov deyib: “Qripin bu ştammı 1918-ci ildə ispan qripi pandemiyasını tətikləyən və milyonlarla insanın ölümünə səbəb olan eyni ştamdır. İndi bu, sətəlcəm, bronxit, ürək və böyrək kimi orqanlara təsir edən ağır ağırlaşmalara səbəb ola bilər. Bu, həm də immun sistemi ilə bağlı xəstəliklərə yol açır”.

Xəstəliyin kəskin şəkildə inkişaf etməsinə səbəb kimi Rusiyadakı ani temperatur dəyişiklikləri və mövsümi şərait göstərilib. Xüsusilə H3N2 növünün H1N1 ilə birlikdə dövriyyədə olduğu bildirilir. Peyvəndin əhəmiyyətinə diqqət çəkən Dr. Jemçuqov, “İlk dəfə peyvənd olunsanız, immun sistemi 21 gün ərzində cavab verir. Əvvəllər peyvənd olunmusunuzsa, mühafizə 3-5 gün ərzində təsirli ola bilər” deyib.

“Rospotrebnadzor” vətəndaşlara qripdən qorunmaq üçün peyvənd olunmağı, infeksiya əlamətləri olan insanlarla təmasdan qaçmağı, əllərini tez-tez yumağı və ətrafı mütəmadi olaraq havalandırmağı tövsiyə edir. Mütəxəssislər vurğulayırlar ki, ilkin simptomlar görünəndə dərhal həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Seçilən
50
1
hafta.az

2Mənbələr