Fransa superkuboku uğrunda qarşılaşmada “PSJ” və “Monako” klubları üz-üzə gəlib. Qətərdə baş tutan matç parislilərin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yenisabah.az xəbər verir ki, oyunda yeganə qolu əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə Osman Dembele vurub.
Beləliklə, “PSJ” Fransa superkubokunun qalibi olub.
Bununla da “PSJ” 12-ci dəfə analoji mükafatın qalibi olub. Paytaxt klubu eyni zamanda Fransa Birinci Liqasının da lideridir.
Telegram kanalımız