AZ

İŞİD-in gizli hücrələri “oyandı”: hansı ölkələr hədəfdədir?

Suriyada Əsədin devrilməsindən sonra İŞİD terror qruplaşmasının aktivləşməsi, xüsusilə Yeni il bayramı ərəfəsində ABŞ-da baş verən terror aktları suallar yaratdı: Vaşinqton “terror təhlükəsi adı ilə Suriyada mövcudluğunu davam etdirmək” üçün əsaslar yaradır, yoxsa, gerçəkdən terror qruplaşması “gün üzünə” çıxır?

Publika.az “Haberglobal”a istinadən İŞİD-in aktivləşməsi haqda bəzi detalları təqdim edir.

İŞİD-in əsas hücrələri Suriyanın şimalında – PYD/YPG qruplaşmasının nəzarət etdiyi bölgələrdə yerləşir. Terror qruplaşmasının “Yalnız Aslanlar” adı verilən hücrə qruplarının hərəkətə keçdiyinə dair məlumatlar yayılır. Terror təşkilatına yaxın mənbələrin məlumatına görə, İŞİD Əsədin devrilməsi və Suriya qüvvələrinin strateji bölgələrdən çəkilməsindən sonra yaranmış boşluqlardan istifadə edərək, hərəkət qabiliyyətini artırır.

“Son kəşfiyyat məlumatı” adı ilə paylaşılan informasiyalara görə, Avropada, ABŞ-da, Suriya və İraqda İŞİD tərəfindən terror aktları planlaşdırılır. Terror qruplaşmasının “Yalnız Aslanlar” hücrələrinə məxsus olduğu iddia edilən “kəmərlərinizi, susdurucularınızı, bıçaq və partlayıcılarınızı hazırlayın” sözlərinin yer aldığı səsli mesajların yayıldığı iddia olunur.

Təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Güngör Yavuzarslan hesab edir ki, beynəlxalq ictimaiyyət üçün yeni model İŞİD təqdim edilir.

Seçilən
45
1
publika.az

2Mənbələr