AZ

Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı "Hatayspor" matçından sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, 55 yaşlı mütəxəssis hakim idarəetməsindən narazıdır: 

"Göztepe" və "Eyüpspor"la matçlarda penaltimiz verilsə idi, “Qalatasaray”la xal fərqi 4 olardı. Rəqib komandanın xal itirdiyi oyun yoxdur. Onlar üsyan edirlər, federasiya ilə məhkəmədədirlər. Amma neçə xal itiriblər? Sıfır. Biz isə 4 xal itirmişik. "Qalatasaray” öz meydanında nə vaxt qırmızı vərəqə alıb? Dünya çempionatından əvvəl. 2,5 ildir qırmızı vərəqə görməyiblər. Bu, komediya filmidir. “Qalatasaray”ın qırmızı vərəqə almalı olduğu 4-5 matç var. Baş məşqçimizin əhvalı çox pisdir”.

Ilıcalı “Qalatasaray”ın çempionatda irəli çəkildiyi ilə bağlı iddialar səsləndirib: 

"Türkiyə futbol hakimliyinin bitdiyini də gördü. Ümid edirəm, tezliklə ədalətli çempionatda mübarizə aparacağıq. Açığı, “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir. Bəzən ədalətsizliklər ola bilər, amma bu qədər də yox. Torreyra çox yaxşı aktyordur. Əli ilə sinəsini tutur, topu çıxarır. Hazırda tək gündəmimiz hakim ədalətsizliyidir".

Qeyd edək ki, “Qalatasaray” bəyanat yayaraq “Fənərbaxça” klubunun iddialarını rədd edib.

Palmer üçün 200 milyon avro

Ziyeşə İngiltərədən müştəri

Messi niyə Baydenlə görüşməyib? - SƏBƏB

"Qarabağ"ın rəqibindən qapıçı transferi

"Atletiko"dan rekordun təkrarı

Seçilən
69
37
apasport.az

10Mənbələr