AZ

Reuters: Bayden Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır. Yeni məhdudiyyətlər, əsasən, Rusiya neftinin daşınmasına yönələcək. Bu barədə Reuters agentliyi məlumat yayıb.

Bildirilir ki, Bayden administrasiyası 60 dollarlıq qiymət həddini aşan Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu qiymət limiti Qərb ölkələri tərəfindən müəyyən edilib.

Məlumatda qeyd olunur ki, Rusiya bu limiti aşmaq üçün köhnə gəmilərdən istifadə edir. ABŞ hökumətinə yaxın bir mənbə bildirib ki, yaxın vaxtlarda Rusiyaya qarşı böyük bir sanksiya paketi elan olunacaq.

Digər bir mənbə isə vurğulayıb ki, sanksiyalar həmçinin yüksək qiymətlərlə neft ticarəti aparan bəzi şəxslərə və şəbəkələrə də şamil ediləcək.

Xatırladaq ki, daha əvvəl Bayden administrasiyasının Rusiyanın neft və qaz yataqlarının işlənməsi ilə bağlı yeni sanksiyalar hazırladığı bildirilmişdi. Bundan başqa, Rusiyanın enerji sektoruna qarşı əlavə məhdudiyyətlərin tətbiqi də gözlənilir.

Diplomat və "Rossiya Seqodnya" media qrupunun sədr müavini Aleksandr Yakovenko 2024-cü ilin geosiyasi yekunlarına dair məruzəsində qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Qərb ölkələrinin xarici siyasətində ciddi uğursuzluqla nəticələnib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
50
olaylar.az

10Mənbələr