AZ

Çin və ABŞ iqtisadi təzyiq səbəbindən böhranla üzləşə bilər– ÖZƏL

Çin və ABŞ arasında münasibətlər iqtisadi təzyiqlər səbəbindən ciddi böhrana çevrilə və hətta hərbi qarşıdurma riski yarana bilər. Olaylar.az xəbər verir ki, bu barədə İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun (İMƏMO RAN) hesabatında bildirilir.

Hesabata əsasən, 2025-ci ildə iki ölkə arasındakı gərginlik artacaq və bu, həm Asiya-Sakit okean regionunda hərbi-siyasi vəziyyətə, həm də qlobal iqtisadiyyata mənfi təsir göstərəcək.

Tədqiqat müəllifləri hesab edirlər ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilin sonuna qədər Çinə qarşı tətbiq edilən iqtisadi təzyiqlərin səmərəsizliyini anlayarsa, Tayvan məsələsini qabardaraq vəziyyəti daha da kəskinləşdirə bilər. Bu, iki ölkə arasında ciddi böhranın yaranmasına və hərbi münaqişə riskinin artmasına səbəb ola bilər.

Bundan əvvəl Peking Tramp administrasiyasına qarşı üç strategiya hazırladığını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
50
olaylar.az

10Mənbələr