Bir müddət əvvəl Harri Maquayrın “Mançester Yunayted”də sonuncu mövsümünü keçirməsi ilə bağlı iddia səslənmişdi.
Lakin o, iddianın əksinə olaraq klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, təcrübəli müdafiəçi MY ilə müqaviləsini yeniləyib. Harri 2026-cı ilin yayına qədər komandada qalacaq. O, bu klubda 2019-cu ilin yanvarından çıxış edir.
Maquayrın MY-də indiyədək 222 oyun keçirdiyini, 12 qol vurub 7 məhsuldar ötürmə etdiyini də xatırladaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta