AZ

Reuters: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları neft tankerlərini əhatə edəcək

Reuters:

ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyi planlaşdırır. "Ulusum.az xəbər verir ki, bu barədə Reuters agentliyi iki mənbəyə istinadən məlumat yayıb.Agentliyin məlumatına görə, məhdudiyyətlər barreli 60 dollardan yuxarı qiymətə satılan nefti daşıyan tankerlərə şamil ediləcək.Reuters yazır ki, Rusiya "məhdudiyyətləri aşmaq" üçün köhnə gəmilərdən yanacaq daşınmasında istifadə edir. Agentliyin adını açıqlamadığı mənbələrdən biri bildirib ki, ABŞ Rusiyaya qarşı "böyük bir sanksiyalar paketi" tətbiq etməyi planlaşdırır."Bu sanksiyalar, ehtimal ki, məhdudiyyətdən yuxarı qiymətlərlə neft ticarətində iştirak edən şəbəkələrin üzvlərinə qarşı tədbirləri də əhatə edəcək," — deyə digər mənbə qeyd edib.

Diqqət Çəkənlər

Ukraynanın sabiq baş naziri: Zelenskinin ofisi, sülh danışıqlarının baş tutmaması üçün əlindən gələni edir

İnsident törədən idmançılar saxlanılıb - DİN

Aleksandr Vuçiç: Serbiya, Rusiyadan NIS-dəki payını 700 milyon avroya almağa hazırdır

Seçilən
24
ulusum.az

1Mənbələr