AZ

Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçün nə etmək lazımdır?

Bakı. Trend:

Bayram günlərində çox vaxt yemək-qəlyanaltılarla zəngin olur vəhəddindən artıq qida qəbul etmək həzm sistemini yükləyə bilər.Bayram sonrası həzm sisteminin funksiyasını dəstəkləmək üçünmüəyyən fiziki məşqlər faydalı ola bilər.

Trendxəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlamradio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloqEmin Məmmədov səsləndirib.

Onun sözlərinə görə, qan dövranının yaxşılaşması, həzmproseslərini sürətləndirən mexaniki təsir və stressin azalması iləəlaqədardır:

“Yüngül gəzişlər həzm sisteminin aktivliyini artırır. Yeməkdənsonra 10-15 dəqiqəlik gəzinti mədənin boşalmasını və bağırsaqlarınperistaltikasını (qida hərəkətini təmin edən ritmik əzələyığılmaları) stimullaşdırır. Bundan əlavə, gəzintilər qan şəkərininsəviyyəsini sabitləşdirməkdə də rol oynaya bilər.
Yoga həzm sistemini stimullaşdırmaq üçün əla vasitədir. Xüsusiləqarın bölgəsini dartaraq mədə və bağırsaq orqanlarının qandövranını artırır. Kardio məşqlər, məsələn, yüngül qaçış və yavelosiped sürmə, bədənin ümumi qan dövranını artırır. Bu, həzmsisteminə daha çox oksigen və qida maddəsi təmin edir. Bu cürməşqlər bayram yeməklərinin tərkibində olan yağların vəkarbohidratların daha effektiv həzm olunmasına kömək edə bilər.Eyni zamanda, bu məşqlər qarın şişkinliyini azaltmaqdafaydalıdır”.
Mütəxəssis-ekspert bildirib ki, stress və həzm sistemi arasında sıxəlaqə olduğu üçün nəfəs məşqləri də faydalıdır:

“Nəfəs məşqləri sinir sistemini sakitləşdirir və həzm prosesiüçün vacib olan parasimpatik sinir sistemini aktivləşdirir.Diafraqmal nəfəs alma (qarından dərin nəfəs alma) qarnın içtəzyiqini artırır və bağırsaqların fəaliyyətini stimullaşdırır.Pilates və ya qarın əzələlərini hədəfləyən məşqlər bağırsaqhərəkətlərini aktivləşdirir. Bu cür məşqlər qarın bölgəsində qandövranını artırır və bağırsaqların düzgün işləməsinə kömək edir.Pilates hərəkətləri həzm sisteminin aktivliyini artıraraq bayramsonrası bədəndə yığılmış toksinlərin çıxarılmasını da dəstəkləyir.Fiziki aktivlik bağırsaq hərəkətliliyini artıran hormonların,məsələn motilinin ifrazını stimullaşdırır. Məşq zamanı qan dövranıartır, bu da həzm fermentlərinin daha aktiv işləməsinə şəraityaradır. Bundan əlavə, fiziki aktivlik stress hormonlarını azaldırvə bu da həzm prosesində əhəmiyyətli rol oynayır, çünki yüksəkstress həzmi ləngidə bilər. Məşq bağırsaq mikrobiotasını müsbətistiqamətdə dəyişdirərək faydalı bakteriyaların çoxalmasını təşviqedir”.

Emin Məmmədov sonda qeyd edib ki, bayram sonrası məşqlərhəddindən artıq olmamalıdır, çünki artıq dərəcədə ağır məşqlərhəzmi yavaşlada və orqanizmi yükləyə bilər. Məşqləri rahat birtempdə və qısa müddətli başlamaq tövsiyə olunur.

Məqalədə:
Seçilən
81
1
az.trend.az

2Mənbələr