Bakı. Trend:
Bayramdan sonra sağlam qidalanmaya başlamaq üçün məqsəd bədəninbalansını bərpa etmək, həzm sistemini rahatlaşdırmaq və lazımsıztoksinlərin orqanizmdən çıxarılmasını dəstəkləməkdir. Bu keçidprosesini effektiv və davamlı etmək üçün bir neçə mühüm prinsipinəzərə almaq lazımdır.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq EminMəmmədov səsləndirib.
Onun sözlərinə görə ilk növbədə, bayram günlərində həddindənartıq yağlı, şəkərli və duzlu qidaların qəbulu nəticəsində bədən suitirə bilər və həzm sistemi yüklənə bilər.
“Buna görə də, sağlam qidalanmaya başlamaq üçün su balansınıbərpa etmək vacibdir. Gündə 8-10 stəkan su içmək toksinlərinbədəndən çıxarılmasını sürətləndirir, metabolizmanı aktivləşdirirvə hüceyrələrin normal işləməsi üçün zəruri olan mühit yaradır.Həzm sistemini yormamaq üçün yeməkləri az miqdarda və tez-tez qəbuletmək məsləhət görülür. Gündə 3-4 kiçik porsiyalı yemək qəbulu həzmsisteminin yükünü azaldır və qan şəkərinin sabit qalmasına köməkedir. Yeməklərdə təbii, işlənməmiş qidalara üstünlük verməkvacibdir. Məsələn, təzə meyvə və tərəvəzlər, tam taxıllar, yağsızprotein mənbələri (toyuq əti, balıq, paxlalılar) və sağlam yağlar(zeytun yağı, avokado, qoz-fındıq) qidalanmanın əsasını təşkiletməlidir”.
Mütəxəssis-ekspert qeyd edib ki, bayram sonrası ilk günlərdəxüsusilə həzm sistemini yükləməmək üçün ağır yeməklərdən,qızartmalardan və işlənmiş qidalardan uzaq durmaq lazımdır.
“Bunun əvəzinə, buxarda bişirilmiş tərəvəzlər, yüngül şorbalarvə qaynadılmış yeməklər seçilməlidir. Bu cür qidalar həzm sisteminəistirahət imkanı verir və mədə-bağırsaq traktının normalfəaliyyətini bərpa edir. Bayram günlərində tez-tez yüksək şəkərtərkibli qidaların qəbulu olur. Bu da insulin səviyyələrindədalğalanmalara səbəb ola bilər. Şəkərli qidalardan uzaq durmaq vətəbii şəkər mənbələrinə, məsələn, meyvələrə üstünlük vermək budalğalanmaları azaltmağa kömək edər. Bununla yanaşı, yüksək liftərkibli qidaların qəbulu bağırsaq hərəkətliliyini yaxşılaşdırır vəhəzmi dəstəkləyir. Liflə zəngin qidalar arasında tam taxıllı çörək,yulaf, chia toxumu, kətan toxumu, tərəvəzlər və paxlalılar yeralır”
E.Məmmədov qeyd edib ki, emosional sağlamlıq və stresinidarəolunması də sağlam qidalanmaya keçid prosesində mühüməhəmiyyət kəsb edir.