Bakı. Trend:
Bayramdan sonra bədənə yığılan toksinlərin əlamətləri müxtəlifşəkildə özünü göstərə bilər. Toksinlər orqanizmə əsasən qida (qatqımaddələri, pestisidlər), hava (ağır metallar, qazlar), su (kimyəviçirkləndiricilər) və dərman preparatları vasitəsilə daxil olur.
Trend xəbərverir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”daSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq EminMəmmədov səsləndirib.
Onun sözlərinə görə, bədən bu zərərli maddələri təbii yollarla –qaraciyər, böyrəklər, dəri və həzm sistemi vasitəsilə xaric etməyəçalışır:
“Lakin toksinlərin miqdarı bədənin təmizlənmə qabiliyyətindənartıq olduqda, müxtəlif sistemlərdə problemlər yarana bilər.Xroniki yorğunluq toksinlərin hüceyrələrdə enerji istehsalınızəiflətməsi ilə əlaqədardır. Xüsusən mitoxondrilərin funksiyasıpozulduqda, bədən enerjini bərpa edə bilmir. Bunun nəticəsindəyorğunluq hissi günün başlanğıcından belə özünü göstərə bilər.Bundan əlavə, bəzi toksinlər sinir sistemindəneyrotransmitterlərin, məsələn dopamin və serotonin balansınıpozaraq diqqət çatışmazlığı və əhvalın aşağı düşməsi ilənəticələnir.
Dərinin vəziyyətindəki problemlər, məsələn sızanaqlar, qaranöqtələr və quruluq, bədən toksinləri xaric edə bilmədikdə başverir. Dəri bu prosesdə iştirak etməyə başlayır. Nəticədəqaraciyərin yükləndiyi hallarda sarılıq və ya iltihab əlamətləri dəmüşahidə edilə bilər. Həzm sistemində yaranan problemlər, məsələnqarında şişkinlik, qaz və qəbizlik, bağırsaq florasına təsir edəntoksinlərin nəticəsidir. Ağır metallar bağırsaq bakteriyalarınınbalansını pozaraq, "disbioz" adlı vəziyyət yaradır. Bu da həzmprosesini zəiflədir və immunitetin azalmasına səbəb olur.
Baş ağrıları və zehni dumanlıq toksinlərin beyinə qan vasitəsiləkeçərək neyrotoksik təsir göstərməsi ilə bağlıdır. Xüsusiləqurğuşun və civə kimi ağır metallar sinir hüceyrələrininfəaliyyətini pozur. Bu da yaddaşın zəifləməsi və diqqətsizlik kimiəlamətlərə gətirib çıxarır. Ağızdan pis qoxu gəlməsi və ağızdaacılıq qaraciyərin funksiyasının yüklənməsi ilə əlaqədardır. Qidaparçalanması məhsulları qan dövranında qalaraq bu problemləriyaradır. Dil üzərində ağ və ya sarı təbəqə də buna işarədir”.
Mütəxəssis-ekspert qeyd edib ki, toksinlərin bədən yağlarındatoplanması maddələr mübadiləsinin pozulmasına və artıq çəkininyaranmasına səbəb ola bilər:
“Bəzi toksinlər, məsələn ftalatlar hormon balansını təsir edərəkpiy toxumasının yığılmasını artırır. İmmunitetin zəifləməsitoksinlərin yaratdığı yükə cavab olaraq orqanizmin enerjisinidetoksifikasiya prosesinə sərf etməsindən qaynaqlanır. Bu isətez-tez soyuqdəymə, iltihab və allergik reaksiyalarla özünü göstərəbilər.
Bədəninizdə bu əlamətləri müşahidə etdikdə detoksifikasiyaprosesinə kömək etmək vacibdir. Toksinləri bədəndən atmaq üçünantioksidantlarla zəngin qidalardan istifadə etmək, bol su içmək,fiziki aktivliyi artırmaq tövsiyə olunur. Probiotiklər bağırsaqmikroflorasını bərpa etməyə kömək edir, yaşıl çay isəantioksidantlarla zəngin olduğu üçün toksinlərin atılmasınısürətləndirir. Uzunmüddətli simptomlar müşahidə olunarsa,nutrisioloq və ya həkimlə məsləhətləşmək vacibdir”.
E.Məmmədov sonda bildirib ki, sağlam qidalanma və aktiv həyattərzi bədəninizin toksinlərdən müdafiə mexanizmini gücləndirir vəümumi sağlamlığınızı qorumağa kömək edir.