İtaliya çempionatının 19-cu turunda “Roma” “Latsio”nu qəbul edib.
Fanat.Az xəbər verir ki, görüş Klaudio Ranyerinin komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Opta Sports"-un məlumatına görə, beləliklə, Ranyeri "Roma"nın sükanı arxasında "Latsio" ilə keçirdiyi 5 paytaxt derbisinin hamısında qalib gəlib. İtalyan mütəxəssis A Seriyasında buna nail olan ilk məşqçi olub.
Xatırladaq ki, Klaudio Ranyeri cari mövsümdə qovulan İvan Yuriçi əvəzləyərək “Roma”ya keçib. 73 yaşlı italiyalı mütəxəssis üçün bu, artıq onun klubda baş məşqçi kimi üçüncü təyinatıdır.
“Roma” A Seriyasında 19 turdan sonra 23 xalla 10-cu pillədə qərarlaşıb.
Mirağa