"Operativ Media" xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb.
Luis Suares bir vətəndaşın xilası əməliyyatında iştirak edib. Luis onu intihardan çəkindirib.
Hadisə Uruqvayın Siudad-de-la-Kosta şəhərində baş verib. Şəxsi həyatı ilə bağlı problemlərdən bezmiş bir kişi məişət zorakılığına qarşı mübarizə bölməsinə zəng edərək intihar etmək niyyətinin olduğunu bildirib.
Daha sonra telefonu atıb, boynuna kəndir bağlayaraq altı metrlik ağaca çıxıb.
Yaxınlıqda istirahət edən Suares və həyat yoldaşı hadisədən xəbərdar olduqdan sonra ora gedib.
Saatlarla davam edən söhbətlərdən sonra həmin adamı xilas etmək mümkün olub. Daha sonra həmib şəxs psixiatrik ekspertizaya yönləndirilib.
Qeyd edək ki, Luiz Suares Messi ilə birlikdə "İnter Mayami" klubunda çıxış edir.