AZ

Xpeng və Volkswagen Çində ultra sürətli enerji doldurma şəbəkəsi yaradacaq

Çin avtomobil istehsalçısı Xpeng Motors və Almaniyanın avtomobil istehsalçısı Volkswagen Çində elektrikli avtomobillər üçün ultra sürətli enerji doldurma şəbəkələrindən birini qurmaq üçün əməkdaşlıq edəcəklər.

Marja xəbər verir ki, şirkətlər birgə bəyanatda, Çinin 420 şəhərində 20 mindən çox şarj stansiyası quraşdırılacağını bildiriblər. Şarj stansiyaları həm XPeng, həm də Volkswagen müştəriləri üçün əlçatan olacaq.

2023-cü ildə şirkətlər strateji tərəfdaşlıq qurublar - bu əməkdaşlıq çərçivəsində Volkswagen 700 milyon dollara XPeng-in təxminən 4,99 faizini satın alaraq 2026-cı ilə qədər Volkswagen markalı iki elektrik avtomobil modelini Çin bazarına çıxarmağı planlaşdırır.

Xpeng Volkswagen
Seçilən
41
marja.az

1Mənbələr