İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinə hava hücumu nəticəsində fələstinli jurnalist Məhəmməd Hicazi həlak olub.
Missiya.Az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, bununla da 2023-cü il oktyabrın 7-dən bəri Qəzzada öldürülən jurnalistlərin ümumi sayı 220-yə çatıb.
Daşqın HəsənovMissiya.Az