Xalq artisti Emin Ağalarov şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib. Müğənni həyat yoldaşı Alyona Qavrilova haqqında danışaraq, onun həyatında necə vacib bir yer tutduğunu vurğulayıb.
Yenisabah.az xəbər verir ki, rus mediasına müsahibəsində Emin belə deyib:
"Bir il boyunca Alyonasız yaşamağı sınadım. Amma anladım ki, həyatda çatışmayan hər şeyi ondan alıram. O, mənim üçün iş, biznes və musiqidən uzaqlaşaraq dincələ biləcəyim yeganə insandır. Alyona mənim ən yaxın dostum və həyat yoldaşımdır".
Qeyd edək ki, Emin və Alyona Qavrilovanın Afina adlı bir qız övladı var.
Telegram kanalımız