AZ

Çin ilk dəfə Rusiyaya ən böyük pivə tədarükçülərinin üçlüyünə daxil olub

2024-cü ildə Çin Rusiyaya pivə ixracını 1,6 dəfə artırıb və Belçikanı sıxışdıraraq ən böyük tədarükçülər reytinqində üçüncü yerə yüksəlib.

Marja.az xəbər verir ki, bu barədə "RİA Novosti" milli statistika xidmətlərinin məlumatlarına istinadən yazır.

Yanvar-oktyabr aylarında Çin Rusiya Federasiyasına pivə tədarükünü 29,8 min tona çatdıraraq, reytinqdə altıncı yerdən əvvəllər Belçikanın tutduğu üçüncü yerə yüksəlib. 2024-cü il üçün pivə tədarükü 105,3 min tona çatan Almaniya yenidən lider olub. Ən böyük içki tədarükçüləri arasında ikinci yeri Çexiya (33,1 min ton) tutub.Ötən il Rusiya Litva, Belçika, Polşa, Latviya, Qazaxıstan, Hollandiya və Avstriya istehsalçılarından da pivə alıb.

2024-cü ilin əvvəlində Dövlət Duması dost olmayan ölkələrdən pivə idxalını qadağan etməyi təklif edib. Təklifi onunla izah edilib ki, 2023-cü ildə Rusiyaya ixracda liderlər Ukraynanı aktiv şəkildə silahla təchiz edən Almaniya, Rusiya əleyhinə mövqe tutan Litva və Latviya olublar.

2024-cü ilin yazında Rusiya hökuməti dost olmayan ölkələrdən gələn pivəyə gömrük rüsumunu artırıb. Rüsum litr üçün 0,04 avrodan 0,1 avroya qədər artırılıb. Məlumata görə, belə məhsulların ümumi istehlak strukturunda xüsusi çəkisi 5%-dən çox deyil.

Seçilən
37
marja.az

1Mənbələr