AZ

Ermənilər qələbə eyforiyasına düşdüyümüzü proqnozlaşdırırlar- ÖZƏL

"Ermənistan və tərəfdaşları hesab etsələr ki, artıq onlar üçün gözlədikləri əlverişli beynəlxalq şərait yaranıb, dərhal ölkəmizə hücüm edəcəklər. Ona görə büdcədə hərbi xərclərin artırılmasını dəstəklədim". "Olaylar" xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib: "Ermənilər qələbə eyforiyasına düşdüyümüzü və bunun nəticəsi olaraq bizim üçün ağır nəticələrə səbəb olacaq yanlış qərarlar qəbul edəcəyimizi proqnozlaşdırırlar. Onların ekspertlərinin bizim ölkəmizdə yaşananları necə şərh etdiklərini dinləyib, təhlil etsəniz buna əmin olarsınız. Onlar deyirlər ki, bizdə qələbədən sonra yaranmış özgüvən hissi imkanlarımız haqqında yanlış təsəvvürlər yaradıb. Biz müasir çağırışları və rəqiblərimizin imkanlarını düzgün qiymətləndirə bilmirik. Düşünürük ki, gələcək uğurlar daha asan əldə olunacaq. Qələbənin yaratdığı təkəbbürlülük şəxsi, siyasi və beynəlxalq münasibətlərimizi korlayacaq, bizi müttəfiqlərimizin və tərəfdarlarımızın dəstəyindən məhrum edəcək. Cəmiyyətdə parçalanma daha da dərinləşəcək və bu, barışa, mili birliyə imkan verməyəcək. Qələbə eyforiyası ölkəmizdə durğunluğa yol açacaq, cəmiyyətdə təşəbbüskarlıq olmayacaq, ölkə geri gedəcək. Hadisələrə eyforiyanın yaratdığı təkəbbürlülükdən doğan impulsiv yanaşma strateji qərarların qəbulu zamanı nəticələri düzgün hesablamağa imkan verməyəcək. Onlar açıq söyləyirlər ki, dəqiq milli hədəflərin və onlara çatmaq üşün strateji planların olmaması qələbə eyforiyasının keçməsi ilə cəmiyyətimizdə boşluq və böyük ümidsizlik yaradacaq. Ermənistan eyni zamanada Ukraynadakı müharibənin sonunu gözləyir. Özlərini sülh istəyən tərəf kimi göstərməklə revanşist müharibəyə başlayacaqları zaman bizi təcavüzkar tərəf kimi ittiham etməyə çalışacaqlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
36
olaylar.az

10Mənbələr