Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) yaxınlığında iki güclü partlayış olduğunu bildirib.
Müvafiq məlumat agentliyin saytında dərc olunub. Bundan əvvəl Zaporojya AES administrasiyası məlumat vermişdi ki, Ukrayna pilotsuz təyyarəsi dünyada yeganə tammiqyaslı reaktor zalı simulyatorunun yerləşdiyi G binasının damına hücum edib.
Partlayışlar bazar günü təxminən saat 12:45 və 15:45-də baş verib. Partlayışların dəyən ziyanla bağlı hələlik heç bir təsdiqi yoxdur. MAQATE komandası həmçinin qeyd edib ki, onlar bir neçə dəfə stansiya yaxınlığından pulemyot atəşi eşidiblər. Hesabatda həmçinin qeyd olunur ki, son 24 saat ərzində Zaporojya AES-in ərazisində hərbi əməliyyatların intensivliyində artım qeydə alınıb.
//Samir Qurbanov, Editor.az