AZ

Nvaneri "Arsenal"ın tarixinə düşdü

"Arsenal"ın gənc futbolçusu İtan Nvaneri klubunun və İngiltərə Premyer Liqasının (İPL) tarixinə düşüb.

Fanat.Az sözügedən çempionatın mətbuat xidmətinə istinadən xəbər verir ki, XX turda "Brayton"la matçda (1:1) qol vuran Nvaneri "Arsenal" forması ilə İPL-də 18 yaşına çatmamış birdən çox qol vuran ilk oyunçu olub.

O, 17 yaş 290 günlüyündə fərqlənib. Noyabrda "Nottingem Forest"lə oyunda (3:0) adını tabloya yazdıran yarımmüdafiəçi həmçinin İPL-də bu göstəriciyə çatan 6-cı futbolçudur.

Qeyd edək ki, "Arsenal"ın yetirməsi olan İtan əsas komandada bu mövsüm iki dəfə start "11-lik"də yer alıb.

Seçilən
50
50
fanat.az

10Mənbələr