AZ

2024-cü ilin Azərbaycan üçün çox vacib hadisələrlə yadda qaldı - ÖZƏL

"2024-cü ilin Azərbaycan üçün çox vacib hadisələr, siyasi proseslərlə yadda qaldı. Dekabr ayının 25-də baş verən və 38 nəfərin həlak olması ilə nəticələnən təyyarə qəzası ötən ilin ən ağır, faciəli xəbəri oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bildirib: "Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi qəzaya uğramasına ilk operativ reaksiya Prezident İlham Əliyev tərəfindən gəldi. O, dərhal MDB Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya etdiyi səfəri yarımçıq qoyub Vətənə döndü. Dövlət başçısının göstərişi ilə Dövlət Komissiyası yaradıldı, nümayəndə heyəti Aktau şəhərinə ezam edildi, həkimlərimiz Qazaxıstana yola salındı, Baş Prokurorluqda cinayət işi açıldı". T.Mirkişili bildirdi ki, təyyarə vurulandan sonra idarəetmə sistemi radioelektron təsir vasitəsilə sıradan çıxarılmış və yaxınlıqdakı hava limanlarının heç birinə enişinə icazə verilməmişdir: "Dövlətimizin başçısı müsahibəsində Rusiyaya qarşı dörd tələb irəli sürdü. Rusiya səhvini etiraf etməli, üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdir. Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza etdiyi telefon zəngində üzrxahlıq etdi. Həmçinin, Rusiya hökuməti zərərçəkənlərə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq hüquqa əsaslanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
42
olaylar.az

1Mənbələr