Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atıb.
Bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.
“Hərbçilər raketin uçuş istiqamətini təhlil edir”, materialda deyilir.
Qeyd olunur ki, bu, KXDR-in 2025-ci ildə ilk raket buraxılışıdır.
Bundan əvvəl Şimali Koreya ABŞ-a qarşı son dərəcə sərt cavab strategiyası həyata keçirəcəyini vəd etmişdi.
DOĞRU.AZ