AZ

Fransa Xarici İşlər naziri Suriya səfərindəki insidenti şərh edib – ÖZƏL

Fransanın Xarici İşlər naziri Jan-Noel Barro Almaniyalı həmkarı Annalena Berbokun Suriyada yaşadığı qalmaqallı hadisəyə münasibət bildirib. Barro, Alman diplomatının Suriyanın hökumət nümayəndələri ilə əl sıxmasının onların səfərinin məqsədi olmadığını vurğulayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə o, "RLT" nəşrinə verdiyi müsahibədə danışıb.

"İstərdimmi ki, Əhməd əl-Şara Alman həmkarımla əl sıxsın? Cavab bəli. Bu, mənim səfərimin məqsədi idimi? Cavab xeyr," - deyə Barro qeyd edib.

Nazir əlavə edib ki, o, səfərdə daha vacib məsələlərə diqqət yetirib. Xüsusilə, Fransanın Suriyanın yeni hökumətinə olan münasibətini çatdırmağın onun üçün prioritet olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr