AZ

Bu, erməni faşizmi ruhu üzərində edilən bir çıxışdır - Nadir İsmayılov

“Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın bu günlərdə yayılmış və 1993-cü ildə erməni milli hərəkatının hərbi qolu olan “Yerpaka” üzvləri qarşısında etdiyi çıxışında səsləndirdiyi fikirlər, əslində, təəccüblü qarşılanmamalıdır. Çünki Levon Ter-Petrosyan da digər ermənilər kimi məhz başqa xalqlara, xüsusilə də türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə qarşı düşmənçilik zehniyyəti ilə yaşayan tipik ermənidir”.

Bunu “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir İsmayılov deyib.

Erməni xisləti və antitürk siyasətin daha bir bariz nümunəsi

O, qeyd edib ki, Levon Ter-Petrosyanın sözügedən çıxışı erməni xisləti və antitürk siyasətinin daha bir bariz nümunəsidir: “Bu, erməni faşizmi ruhu üzərində edilən bir çıxışdır. Yəni Levon Ter-Petrosyan həmin çıxışında hər şeyi bütün çılpaqlığı ilə ortaya qoyur və erməni xislətinin erməni siyasətinin mahiyyətini bir daha sərgiləyir. Hesab edirəm ki, bu çıxış bir tərəfdən Levon Ter-Petrosyanın indiyə kimi özünü guya sülhpərvər göstərmək xislətini darmadağın edir, onun maskasını cırır. Bəlli olur ki o da digər erməni siyasətçiləri kimi elə türk düşmənidir”. 

CASCFEN sədrinin sözlərinə görə, digər tərəfdən isə bu açıqlama başqa vacib bir məqama işıq salır: “Söhbət ermənilərin planlı şəkildə Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi sistemli etnik təmizləmə siyasətinin  təsdiqindən gedir. Yəni Ter-Petrosyan çıxışında açıq şəkildə üzünü erməni könüllü dəstələrinə tutaraq 

“Biz Ermənistanı azərbaycanlılardan təmizlədik, Artsaxı təmizlədik. Erməni xalqının son 600 ildə edə bilmədiyini siz etdiniz” deyir. Lakin bu da son deyil. Keçmiş prezident çıxışında “Biz Ermənistanı azərbaycanlılardan ona görə təmizlədik ki, onlar bizə hədəflərimizə çatmağa əngəl olacaqdılar. 170 min azərbaycanlı 3 rayonda çoxluq təşkil edirdi Vardenis, Masis və Amasya. Zəngəzurda onların sayı həddindən artıq çox idi. İndi bu problem həll edilib. Biz onları təmizləməsəydik həmin bölgələrdə problemlər yaşayacaqdıq, SSRİ dağılan kimi” deyərək, əslində, Ermənistanda türklərə, soydaşlarımıza qarşı planlı şəkildə etnik təmizləmə siyasətinin aparıldığını rəsmi şəkildə təsdiqləyib. Hesab edirəm ki, həm bu fikirlər, həm də Levon Ter-Petrosyanın digər fikirləri Ermənistanın regionda apardığı siyasətin mahiyyətini və niyyətini bir daha üzə çıxarır”.

Ter-Petrosyan hər şeyı açıq şəkildə etiraf etdi, indi növbə BMT başda olmaqla beynəlxalq qurumlarındır

N.İsmayılov vurğuylayıb ki, bu çıxış Qərbi Azərbayucandan didərgin salınmış, etnik təmizləməyə məruz qalmış soydaşlaırmızla bağlı məsələni yenidən beynəlxalq aləmin bir nömərli məsələsi olaraq diqqət mərkəzinə gətirir: “Levon Ter-Petrosyan hər şeyı açıq şəkildə etiraf edib. Ortada bir dövlət cinayətinin olduğunu bildirib. İndi növbə BMT başda olmaqla beynəlxalq qurumlarındır. Buyursunlar Batı ölkələri, səmimi olduqlarını nümayiş etdirisinlər. Azərbaycan dövləti Qərbi Azərbaycandan öz ata-baba ocaqlarından didərgin salınmış soydaşlarımızın doğma yurdlarına qaytarılması məsələsini dəfələrlə qaldırıb. Bu günə kimi dünya birliyi həmin məsələyə belə deyək, lazımi reaksiya verməyib. Amma indi ortada etiraf və fakt var. Ermənistan dövlətinə rəhbərlik etmiş şəxsin etirafı. Bundan sonra növbə BMT başda olmaqla müvafiq beynəlxalq qurumların və gecə-gündüz insan haqlarından dəm vuran Batı ölkələrinindir. Bu etirafdan sonra onlar Ermənistan hakimiyyətinə təzyiq edib, soydaşlaırmızın öz doğma torpaqlaına qayıtmasına nail olmalıdırlar. Olacaqlarmı? Bu az innadırıcı görünsə də, hər halda gözləyək”.

Seçilən
55
50
ikisahil.az

10Mənbələr