AZ

Braziliya keçmiş İsrail əsgərinin həbsini tələb etdi

Braziliya prokurorları ölkədə tətil edən keçmiş İsrail əsgərinin həbsinə order verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Braziliya Federal Məhkəməsi Hind Rəcəb Vəqfinin (HRF) cinayət şikayəti əsasında ölkəyə turistik məqsədlə səfər edən İsrail əsgərinin araşdırılmasına qərar verib.

HRF-nin internet saytında verilən açıqlamaya görə, bir həftə əvvəl Braziliyaya turist kimi gələn İsrail əsgəri ilə bağlı fondun etdiyi cinayət şikayəti ilə bağlı Braziliya hökuməti hərəkətə keçib.

Məhkəmə polisə adı açıqlanmayan İsrail əsgərinə qarşı istintaqa başlamaq üçün \"təcili göstəriş\" verib.

Federal Məhkəmə Braziliya Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək, polisdən prokurorun tələb etdiyi istintaq tədbirləri çərçivəsində təcili tədbirlər görməsini xahiş edib.
 
Gülay
Seçilən
22
1
azxeber.com

2Mənbələr