Türkiyə yanvarın 5-də Pakistanda törədilən terror aktını kəskin şəkildə qınayıb.
Pakistanın Turbat şəhərində baş verən terrorla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi yazılı açıqlama verib: “Terror aktı şiddətlə pisləyirik.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik.
Türkiyə Pakistanın terrorla mübarizəsinə dəstəyini davam etdirəcək”.
Pakistanın Bəlucistan əyalətinin Turbat şəhərində sərnişin avtobusunda baş verən partlayış nəticəsində 4 adam ölüb, 5-i ağır olmaqla 32 nəfər yaralanıb.