Hava şəraitinin kəskin pisləşməsi, küləyin güclənməsi ilə əlaqədar SOCAR Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi sahələrində təhlükəsizlik tədbirləri artırılıb.
SOCAR-ın məlumatında deyilir ki, "təhlükəli işlərin aparılması məhdudlaşdırılıb, əmək hüququ normaları çərçivəsində adamların sağlamlığının qorunması üzrə tədbirlər görülüb".
Bununla yanaşı, bəzi dəniz sahələrində neftçilər təxliyə edilib, məlumatda deyilir.