AZ

Bayden bu dəfə də Putini səhv saldı: “47 ildir ki…”

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə ilk sammitin tarixini səhv salıb. 

Bazar günü axşam Ağ Evdə Konqresin yeni Demokrat üzvləri qarşısında danışan Bayden Rusiya liderini 47 ildən artıqdır ki, tanıdığını da iddia edib.

“Cebheinfo.az” xəbər verir ki, Amerika administrasiyasının rəhbəri digər məsələlərlə yanaşı, beynəlxalq arenadakı vəziyyətə də toxunub. Çıxışı C-SPAN kanalında yayımlanan Bayden "Mən Putini 47 ildən çoxdur ki, tanıyıram",- deyib.

“Onunla görüşümüzü xatırlayıram. Bu, seçilməyimizdən dərhal sonar idi. Yox, bağışlayın, ondan əvvəl. Xeyr, düzdür, vəzifəyə gəldikdən dərhal sonra, fevralın əvvəlində idi",-deyə Bayden sözlərinə davam etdi.

ABŞ Prezidentinin sözlərinə görə, o, görüşdə silahlara nəzarət və nüvə silahları üzrə dialoqun bərpası haqqında danışmaq istəyirdi, Rusiya lideri isə Rusiyanın necə dəyişdiyi və sair haqqında danışmağa başlayıb. 

Dövlət başçıları kimi Putin və Bayden 2022-ci il fevralın 12-də telefonla, ondan əvvəl isə 2021-ci ilin sonunda şəxsən danışıblar. 

Bir az əvvəl onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. 

Putin və Bayden arasında yeganə üz-üzə görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr