AZ

Rus blogerlər Azərbaycanı hədəf alır - Elxan Şahinoğlu

Yazını böyüt
Yazını kiçilt

“Kreml Prezident İlham Əliyevin Rusiyadan kompensasiya və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Azərbaycanı hədəf seçən blogerləri irəli çəkib”.

Bunu hafta.az-a politoloq Elxan Şahinoğlu İrandan sonra Rusiya blogerlərinin də Azərbaycanı hədəf seçərək qaralama kampaniyasına başlaması ilə bağlı açıqlamasında bildirib.

“İrandakı rəsmi dairələrə bağlı qruplar kimi, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyən blogerləri Azərbaycan və dövlət başçısı İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar. “Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər. Məqsəd əsas mövzudan yayınmaqdır”.

Politoloq bildirib ki, İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir.

E.Şahinoğlu hesab edir ki, İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağrılmasına ehtiyac var. 

Seçilən
20
hafta.az

1Mənbələr