AZ

C.Koreya polisi prezidentin həbsini öz üzərinə götürməkdən imtina etdi

Cənubi Koreya polisi Prezidentin həbsini öz üzərinə götürməkdən imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Polisin xüsusi istintaq qrupunun rəhbəri bildirib ki, hüquqi yoxlamadan sonra həbs orderinin tətbiqi ilə bağlı Korrupsiyaya qarşı İstintaq İdarəsindən daxil olan bildiriş hüquqi cəhətdən mübahisəli məzmun daşıyır.

Qeyd edək ki, yanvarın 5-dən 6-na keçən gecə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (CIO) Koreya Respublikasının Prezidenti Yoon Seok-Yeola qarşı həbs qərarının icrasını polisə həvalə etmək qərarına gəlib.

Seçilən
44
operativmm.az

1Mənbələr