AZ

Ukraynalılar rusları bağışlayacaqmı? - Zelenskinin cavabı

Bir gün Rusiya Federasiyası ukraynalılardan ölkələrinə qarşı müharibəyə görə üzr istəyəcək, çünki bu hücumda günahkar odur...

Poliqon xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib.

O, ukraynalıların rus xalqını bağışlayacağı, yenidən dostlaşıb, evlənib və səyahət edəcəkləri barədə sualı cavablandırıb.

"Mənə elə gəlir ki, tarix bütün bunların cavabını çoxdan verib. Bilmirəm, bizimlə necə olacaq, gələcəkdə nə olacaq. Hər dəhşətli müharibədən sonra bir nəsil, bir ölkə işğalçı olduğunu etiraf edir. Və bunu bağışlamağın mümkün olmadığını başa düşür", deyə Zelenski qeyd edib.

Nümunə kimi o, günahını tam etiraf edən, cinayətkarları mühakimə edən və təzminat ödəyən Almaniyanı göstərib.

"Bütün bunlar ediləndə və etiraf olunanda, o zaman insanlar istənilən halda bir-biri ilə münasibət tapırlar. Rusiya üzr istəyəcək. Çünki onlar günahkardırlar. Və dediyim kimi, müxtəlif insanlar günahkardır: kimlər bunda iştirak edib, kimlər isə susublar", deyə prezident əlavə edib.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr