AZ

ABŞ-də 7 ştatda fövqəladə vəziyyət elan edilib

ABŞ 2011-ci ildən bəri ən güclü qar yağışı və ən soyuq temperaturla üzləşib.

"Cebheinfo.az" xəbər verir ki, Nyu-Cersi də daxil olmaqla yeddi ştatda fövqəladə vəziyyət elan edilib. 

Qütb burulğanının yaratdığı şiddətli qış tufanı milyonlarla amerikalıya təsir  gölənilir. Artıq yollar buz bağlayıb, 2000 aviareys təxirə salınıb və tufan şərqə doğru irəliləyir.

Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bölgəni qar, sulu qar, dondurucu temperatur və yüksək küləyin əsəcəyini bildirərək fövqəladə vəziyyət elan edib. Qubernator bütün səyahətlərdən çəkinməyin lazım olduğunu vurğulayıb.

Nyu-Cersidən əvvəl Kanzas, Missuri, Kentukki, Virciniya, Qərbi Virciniya və Arkanzas ştatları da fövqəladə vəziyyət elan edilib. 

Hazırda 30 ştat hava xəbərdarlığı altındadır.

Meteoroloqlar qütb burulğanının yaratdığı qış tufanının ABŞ-nin şərq bölgələrinə doğru irəlilədiyini açıqlayıb. Rekord aşağı temperatur və güclü qar milyonlarla amerikalıya təsir göstərə bilər.

“AccuWeather” meteoroloqu Dan DePodwin.: "Bu, ABŞ-də 2011-ci ildən bəri ən soyuq yanvara səbəb ola bilər" deyib. Fırtınanın bir həftə ərzində təsirli olacağı və temperaturun tarixi orta səviyyədən xeyli aşağı qalacağı bildirilib.

Pis hava şəraiti nəqliyyata da mənfi təsir göstərib. Uçuş izləmə platforması “FlightAware”, indiyə qədər təxminən 2 min uçuşun ləğv edildiyini açıqlayıb.

ABŞ Milli Meteoroloji Xidməti fırtınanın bir neçə gün ərzində şərq sahilindəki şəhərlərə də təsir edəcəyini bildirib. 

Vaşinqtonda bu axşamdan başlayaraq bazar gününün sonuna qədər davam edən qarla əlaqədar fövqəladə vəziyyət elan edilib. 

Seçilən
69
cebheinfo.az

1Mənbələr