Norveçin baş naziri Yonas Qar Store amerikalı milyarder və sahibkar İlon Maskın üçüncü ölkələrin daxili siyasi məsələlərinə qarışmasından narahatlığını ifadə edib...
Poliqon bu barədə NRK agentliyinə istinadən xəbər verir.
O, Almaniya və Böyük Britaniyanı nəzərdə tutaraq, sosial mediaya böyük çıxışı və böyük iqtisadi resursları olan bir insanın digər ölkələrin daxili işlərinə belə birbaşa müdaxilə edəcəyini narahatedici hesab etdiyini bildirib.
"Demokratiya və müttəfiqlər arasında belə olmamalıdır", deyə baş nazir bildirib.
Bundan əvvəl İlon Mask demişdi ki, Almaniyada hakimiyyətə gələn yalnız sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ölkəni xilas edə bilər. Bundan sonra Der Spiegel jurnalı Almaniya kansleri namizədləri Olaf Şolts, Friedrix Merz və Robert Habekin sağçı Almaniya üçün Alternativ partiyasını dəstəkləməsi ilə bağlı sözlərindən sonra amerikalı milyarder və sahibkar İlon Maskı yerinə qoymalı olduqlarını yazıb.
Noyabrın 25-də Mask Böyük Britaniyanı "tiran polis dövləti" adlandırıb. Politico-nun qeyd etdiyi kimi, öz bəyanatı ilə sahibkar Kir Starmer və partiyasının reytinqlərinin aşağı düşməsi fonunda Birləşmiş Krallıqda yeni ümumi seçkilərin keçirilməsini tələb edən petisiyanı dəstəkləyərək Britaniya hökuməti ilə "müharibəsini davam etdirib".
Poliqon.info