1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Bayram tətili günlərində - 30 dekabr 2024 - 6 yanvar 2025-ci il tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, müraciət edənlərdən 14-ü alkoqol , beşi dərman, 10-u dəm qazı, beşi allergik reaksiya, ikisi botulizm, dördü isə sirkə turşusundan zəhərlənib.
"Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar", - deyə o qeyd edib.
Aləmdə Nəsib