AZ

Cənubi Koreya: Şimali Koreyadan atılan raket 1,1 min kilometrə yaxın yol qət edib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikasından atılan raket, 1100 kilometrə yaxın məsafə qət edərək Yapon dənizinə düşüb. Bu barədə "Yonhap" agentliyi məlumat verib.

Raketin yerli vaxtla günortaya yaxın zamanda (Bakı vaxtı ilə saat 7.00-da) Pxenyan rayonundan atıldığı bildirilib. Cənubi koreyalı hərbçilərin fikrincə, bu, orta mənzilli ballistik raketdir.

ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 6-da, Seulda həmkarı Ço Txe Yol ilə danışıqlar aparıb. Bundan əvvəl isə Cənubi Koreya Prezidenti vəzifəsini icra edən Çxve San Mok ilə görüşüb. İkitərəfli münasibətlər ilə KXDR məsələləri müzakirə edilib.

Pxenyan bundan əvvəl 2024-cü il noyabrın 5-də ballistik raket atışını həyata keçirib.

Blinkenin səfəri Koreya Respublikası Prezidentinin ətrafındakı siyasi böhran fonunda keçir.

Hürr Tərcüman

Seçilən
74
hurriyyet.az

1Mənbələr