AZ

''Qalatasaray'' 2025-ə qələbə ilə başladı, Okan Buruk 150-yə çatdı

Türkiyə çempionatının 18-ci turunda ''Qalatasaray'' ''Göztəpə''ni qəbul etdi.

''Football-plus.az'' xəbər verir ki, inamla turnir cədvəlinə başçılıq edən İstanbul nəhəngi Osimhenin penaltidən vurduğu erkən qolla hesabı açsa da, çox keçmədən İzmir təmsilçisinin ən məhsuldar oyunçusu olan Romulo bərabərlik qolunu vurdu. Amma fasilədən sonra təzyiqi artıran son çempion qələbə qolunu vurmağa müvəffəq oldu. Karyerasının ən yaxşı mövsümünü keçirən və bir sıra Avropa klublarının hədəfində olan Yunus Akgün qəhrəmana çevrildi. 24 yaşlı futbolçu ardıcıl 4-cü turda fərqlənməyi bacardı.

Oyunun sonlarına yaxın böyük müzakirələrə səbəb olan epizod yaşandı. Top Torreyranın əlinə dəysə də, hakim penalti təyin etmədi. Final fitinin ardından ''Fənərbaxça'' rəsmiləri də bu epizodla bağlı qalmaqallı paylaşımlar etdilər. Xalını 47-yə yüksəldən ''Cim-Bom'' 17-ci oyunlar üçün turnirin xal rekordunu yenilədi. ''Göztəpə''ni öz meydanında ardıcıl 10-cu superliqa matçında yenməyi bacaran İstanbul nəhənginin rəsmi oyunlarda məğlubiyyətsiz seriyası 21 qarşılaşmaya yüksəldi (16 qələbə, 5 heç-heçə).

Bundan başqa Okan Buruk çempionat çərçivəsində baş məşqçi kimi 286-cı oyununda 150-ci qələbəsini qazandı. O bununla da turnirin tarixində Fatih Terim (247) və Mustafa Dənizlinin (256) ardından 150 qələbəyə ən tez çatan 3-cü yerli mütəxəssis oldu.

ƏLİ

Seçilən
33
football-plus.az

1Mənbələr