AZ

36 yaşlı Matiç İtaliya klubuna keçməyə yaxındır

"Olimpik Lion"un 36 yaşlı yarımmüdafiəçisi Nemanya Matiç karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sport Italia" yayıb.

Xəbərə görə, təcrübəli futbolçunun xidmətində "Komo" maraqlıdır. Mənbə sözügedən komandanın baş məşqçisi Sesk Fabreqasın rəhbərlikdən Matiçi heyətə qatmağı xahiş etdiyini vurğulayıb. 

Matiç ötən ilin yanvarından Fransa klubunun formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 18 matça çıxan serb məhsuldar göstəricilərlə yadda qalmayıb. O, daha öncə "Renn", "Roma", "Mançester Yunayted", "Benfika" və "Vitess" kimi klubların uğurları üçün çalışıb.

Xatırladaq ki, Nemanya Fabreqasla birlikdə "Çelsi"də çıxış edib.

Nihat

Seçilən
37
fanat.az

1Mənbələr