ABŞ, Avropa İttifaqı, BVF (Beynəlxalq Valyuta Fondu), ayrı-ayrı hökumətlər, şirkətlər, fiziki şəxslər və fondlar 2022-2024-cü illərdə Ukraynaya 300 milyard dollar maliyyə yardımı köçürüblər...
Poliqon xəbər verir ki, RİA Novosti agentliyi bu barədə Rusiya Elmlər Akademiyasının E.M.Primakov adına Milli Tədqiqat Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun hesablamalarına istinadən yazır.
İnstitutun hesabatına görə, 2024-cü ildə və 2025-ci il üçün təsdiq edilmiş büdcədə Kiyevin gəlirləri xərclərin təxminən yarısı qədər aşağı olub və ölkənin büdcəsi yalnız Qərbin maliyyə dəstəyi sayəsində tarazlaşdırılıb.
Bazar ertəsi Ukrayna prezidenti Volodimir Zelenski amerikalı bloger Leks Fridmanla müsahibəsində Kiyevin ABŞ-ın ona köçürəcəyinə söz verdiyi vəsaitin yarısını almadığını bildirib.
Poliqon.info