Almaniyanın Maqdeburq şəhərindəki ölənlərin sayı 6 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir i, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 52 yaşlı qadın aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, dekabrın 20-də Maqdeburqda Milad bazarında avtomobil qəsdən insanların üzərinə sürülüb.
İndiyədək 5 nəfərin öldüyü, 299 nəfərin isə yaralandığı məlum idi.