AZ

Sərgən Yalçından ''Qalatasaray''a şok sözlər

Ən qısa müddətdə ''Beşiktaş''ın baş məşqçisi olacağı gözlənilən Sərgən Yalçın ''Qalatasaray''ın ''Göztəpə''ni 2:1 məğlub etdiyi qarşılaşmanı şərh edərkən böyük müzakirələrə səbəb olan açıqlamalar verib.

''Football-plus.az'' xəbər verir ki, Yalçın hazırda ''Ekol TV'' adlı ''yutub'' kanalında şərhçi kimi çalışır. Həmin oyunun son anlarında top açıq-aşkar Lukas Torreyranın əlinə dəysə də, hakim ''Qalatasaray''ın əleyhinə penalti təyin etmədi. Sərgəni dinləyək:

''Göztəpə''nin penaltisi verilmədi. ''Qalatasaray'' camiəsinə məsləhətim budu ki, hakimlərlə bağlı heç nə danışmasınlar. Federasiyaya da, hakimlərə də təşəkkür etsinlər. Hakimlərdən ən son şikayət etməli olan camiə ''Qalatasaray''dı. Kim də şikayət etsə, onların şikayətlənməyə haqqı yoxdu. Lap istəsəz, 20-30 il gerilərə gedək. ''Qalatasaray''ın hakimlərdən şikayət edəcək nəyi var? Onların əleyhinə heç vaxt heçnə olmur. Ona görə də televiziyalara çıxıb narazılıq bildirmələrinə ehtiyac yoxdu. Zatən qalib gəlirlər və 90 faiz çempion olacaqlar. Süni xaos yaratmağa da ehtiyac yoxdu! Düzdü, ''Qalatasaray'' özü də yaxşı oynayır. Amma bununla yanaşı hakimlərdən də dəstək görürlər. Ona görə də hakimlik barədə danışmasınlar. Ötən mövsüm mən ''Antalyaspor''u çalışdırdığım dönəmdə ''Qalatasaray''a 1:2 məğlub olduq. Həmin oyunda nələr olduğunu yəqin, hər kəs xatırlayır. Həmin hakim o matçdan 6-7 həftə sonra bizim ev oyunumuzu idarə etmək üçün Antalyaya gəldi. Biz qələbə qazandıq və oyundan sonra hakim ''Qalatasaray''la oyundakı səhvlərimizi burda düzəltdik'' dedi. Belə bir şey ola bilərmi? Bu sözü özü dedi. Ayıb deyilmi?''

ƏLİ
Seçilən
45
football-plus.az

1Mənbələr