AZ

Almaniyadakı suriyalılar deportasiya ediləcək

Almaniyanın daxili işlər naziri Nensi Faeser suriyalılara verilən mühafizənin yenidən qiymətləndirilməsi lazım olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, “Funke Media”ya danışan Faeser bildirib ki, Suriyada vəziyyət sabitləşərsə, Federal Miqrasiya və Qaçqınlar İdarəsi bu müdafiəni ləğv edə bilər.

Faeser qanunlarımıza görə, fərdlərin Almaniyanın təklif etdiyi müdafiəyə ehtiyacı yoxdursa, bu vəziyyət nəzərdən keçiriləcək və lazımi tədbirlər görüləcək deyib.

Faeser iş və ya təhsil kimi başqa bir səbəbdən yaşamaq hüququ olmayan və könüllü surətdə Suriyaya qayıtmağa razı olmayan şəxslərin də bu çərçivədə qiymətləndiriləcəyini bildirib.

"Hüquqi variantlar xeyli genişləndirilib və Suriyada vəziyyət əlverişli olduqda dərhal həyata keçiriləcək. Almaniyadan qayıtmaq istəyənlərə isə lazımi dəstək göstəriləcək. Almaniya Daxili İşlər Nazirliyi iki gün əvvəl Suriyaya qayıdanlara yol pulu üçün 200 avro və 1000 avro da “yeni həyata başlamaq üçün dəstək” verəcəklərini açıqlamışdı”.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Almaniyada bir milyona yaxın suriyalı var. 

Federal Miqrasiya və Qaçqınlar İdarəsi daha əvvəl Suriyadakı siyasi dəyişikliklərdən sonra suriyalıların sığınacaq müraciətlərini müvəqqəti olaraq dayandırmağa qərar vermişdi.

Seçilən
78
cebheinfo.az

1Mənbələr