Hurriyyet.az xəbər verir ki, "Florian" qasırğası Fransaya doğru irəliləyir. Ölkənin 21 departamentində "narıncı" (sondan əvvəlki) iqlim təhlükəsi səviyyəsi elan edilib.
Bu barədə respublikanın Milli Meteorologiya Xidməti məlumat verib.
Sinoptiklərin xəbərdarlığına görə, qasırğa respublikasının qərbindən şərqinə - Vandey departamentindən Ardenna departamentinə qədər ərazilərindən keçəcək.
BFMTV telekanalının məlumatında Fransanın təbii fəlakətin ilk zərbəsinin dəydiyi qərb rayonlarında artıq küləyin sürətinin saniyədə 34 metrə çatdığı bildirilir.
Ağacların yıxılması təhlükəsi ilə əlaqədar bir sıra departamentlərdə qatarların hərəkətinin gün ərzində məhdudlaşdırılması qərara alınıb.
Hürr Tərcüman